AZ

Pakistan-Hindistan müharibəsi - İslamafob Modi - ŞƏRH

Pakistanla Hindistan arasındakı soyuq qarşıdurma artıq qaynar fazaya keçir və bu situasiyada müharibə istəyən tərəf kimi artıq Hindistan çıxış edir. Hindistan açıq-aşkar təxribatçı siyasəti ilə demək olar ki, müharibənin zəminini hazırlayır. Burada ilk növbədə Pakistanın sülhpərvər mövqeyi diqqət çəkir, çünki, bu ölkə həqiqətən də anlayır ki, müharibə başlasa çox böyük fəlakətlər qaçılmaz olacaq.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində politoloq Tofiq Abbasov deyib.

"Bəlli olan odur ki, Qərb mənbələri birmənalı olaraq bildirirlər ki, müharibə olduğu şəraitdə 200 milyon civarında insan tələf ola bilər. Bu, özünəməxsus bir işarədir ki, nüvə başlıqlarından istifadə etmək istəyən tərəf var ki, o da Hindistandır. Əgər Hindistan buna getsə, Pakistan bu məsələni cavabsız qoymayacaq. Çünki vəziyyət ondadır ki, Narendra Modi və onun "Bharatiya Canata Parti" (BCP) partiyası vaxtaşırı dini ziddiyyətlərdən istifadə edərək çalışıblar ki, Hindistandaxili mövqelərini gücləndirsinlər. Bu, özünəməxsus spekulyasiyadır və ən azı iki dəfə baş nazir Narendra Modi bu texnologiyadan istifadə edib".

Tofiq Abbasov bildirir ki, Hindistanın iri şəhərlərində artıq müsəlmanları diri-diri yandırıblar, onların ofislərini dağıdıblar, mallarını ələ keçiriblər. Belə olduğu halda, Pakistan bütün bu prosesləri görür və bunları cavabsız qoymayacaq. Odur ki, Hindistan çox böyük riskə gedir və nəhayət burada əsas məsələ də odur ki, Hindistanın özündə müsəlmanlara dair o cümlədən, Cammu, Kəşmir ştatında hətta müsəlman ailələrinin uşaqlarına müsəlman adlarını vermək qadağaları ilə qarşılaşır.

Politoloq hesab edir ki, bütün bunlar çox dəhşətli hadisələrdir. Çünki, bu cərəyan hər zaman öz qüvvəsini saxlaya bilməz. O bildirib ki, Hindistan faktiki olaraq, odla oynayır.

"Hindistan güclü dövlətdir, artan iqtisadiyyatı olmasına rəğmən Pakistan da bu dövlətdən heç də geridə qalmır. Xüsusilə də Pakistanın ən sadiq dostlarından biri Çindir. Pakistanla Hindistan arasında genişmiqyaslı müharibə başlasa, üçüncü, dördüncü dövlətlər kənarda qalmayacaqlar. O cümlədən də Pakistan bizim üçün qardaş məmləkətdir, biz onun müttəfiqiyik və biz özümüz də Pakistanın tərəfində yerimizi möhkəmləndirəcəyik".

Aminə Nəzərova

Seçilən
0
operativmm.az

1Mənbələr