AZ

ABŞ-də məktəb qarşısında bıçaqlı hücum- ölən və yaralanlar var

ABŞ-nin Kaliforniya ştatında orta məktəb qarşısında bıçaqlı hücum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Hücum nəticəsində bir şagird ölüb, ikisi yaralanıb.

Polis sözçüsü Natali Qarsiya verdiyi açıqlamada bıçaqlanmanın ştatda Santa Ana Liseyinin qarşısında baş verdiyini deyib.

Bildirilib ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı iki şübhəlini axtarır.

Təxminən 3000 şagirdin təhsil aldığı liseydə dərslər və idman proqramları ləğv edilib.

Seçilən
0
operativmm.az

1Mənbələr