AZ

Psixoloq uşağı telefondan ayırmağın effektli bir yolunu açıqladı

Psixoloq uşağı telefondan ayırmağın

Əgər uşaq “canlı” ünsiyyətdənsə cizgi filmlərinə baxmağa və elektron oyunlara üstünlük verirsə, o zaman valideynlər uşağını internet reallığından geri qaytarmaq üçün bir neçə sadə üsuldan istifadə etməlidirlər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, uşaq psixoloqu Aleksandra Fokinanın əvvəla, uşaqları hər dəfə qadcetlərlə məşğul olmayanda tərifləməyi, məsələn, onların yaradıcılıq qabiliyyətlərinə heyran olmağı və xoş sözlərdən yayınmamağı məsləhət gördü.

Fokinanın sözlərinə görə, uşaqlar çox vaxt elektron cihazlara sadəcə maraq xatirinə deyil, valideynlər üçün bu, daha rahat olduğu üçün bağlanırlar. Ekspert qeyd edir ki, əgər valideyn hər dəfə yorğun olduqda və ya uşağı ilə ünsiyyət qurmağa həvəsi olmadıqda onu qadcet və ya cizgi filmi ilə məşğul edirsə, bu, uşağın texnologiyaya asılılığını artırır. Bu vəziyyətdə Fokina valideynlərə öz yanaşmalarını dəyişməyi tövsiyə edir, çünki onların davranışı uşaqların psixoloji inkişafına birbaşa təsir göstərir.

"Qadcetlər çox vaxt təəssüratları olmayan uşaqlar üçün lazımdır", - deyə ekspert vurğulayıb. Buna görə də o, ata və analara övladına xoş emosiyalar bəxş etməyi, məsələn, onunla oynamaq və ya asudə vaxt üçün yeni variant təklif etməyi tövsiyə edib.

Mütəxəssis valideynləri evdə olmadığı zaman uşaqların diqqətini telefondan yayındıracaq qeyri-adi texnikanın adını da çəkib. O, onlara istəkləri olan qeydlər qoymağı tövsiyə etdi.

Məsələn: "Əziz uşaqlar! Sizdən planşetdə oynamaqdan daha çox həzz alacağınız beş fəaliyyət haqqında düşünüb rəsm çəkməyinizi xahiş edirəm. Mən sizi sevirəm, ata", - deyə mütəxəssis fikrini tamamladı.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr