ABŞ Prezidenti Donald Tramp bu gün ABŞ və İngiltərə arasında ticarət sazişini elan edəcək.
Tramp özünün “Truth Sosial” sosial media platformasındakı paylaşımında İngiltərə ilə ticarət razılaşması ilə bağlı bu gün saat 17: 00-da Oval Ofisdə mətbuat konfransı keçirəcəyini açıqlayıb.
Bildirək ki, dünən Tramp böyük bir ölkə ilə müqavilə bağlayacaqlarını bəyan etmişdi.
İngiltərə rəsmisi çərşənbə axşamı bildirib ki, İngiltərə ilə ABŞ polad və avtomobil sektorları üçün aşağı tarifləri ehtiva edən ticarət razılaşması üzərində irəliləyiş əldə edirlər.
İngiltərə incəsənət və turizm naziri Kris Bryan ABŞ hüdudlarından kənarda istehsal olunan filmlərə 100 faiz gömrük rüsumunun tətbiqi qərarını da müzakirə etdiklərini bildirib.