GƏNCƏ, 8 may. TELEQRAF
Gəncədə qadın sürücü yolu keçmək istəyən 21 yaşlı piyadanı vurub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Ağır xəsarət alan 2004 -cü il təvəllüdlü Rəhim Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağrdır.
İlkin məlumata görə, hadisəni törədən sürücü qadın olub.
Faktla bağlı araşdırma başlanılıb.