AZ

Putin və Si Cinpin arasında rəsmi danışıqlar BAŞA ÇATDI

Ajans.az xəbər verir ki, danışıqlar 3,5 saat davam edib. TASS-ın məlumatına görə, danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilib. Agentlik həmçinin bildirir ki, daha sonra Moskva və Pekin nümayəndələri əməkdaşlığa dair bir sıra sənədlər imzalayacaqlar. Sonra qeyri-rəsmi hissə gözlənilir: rəsmi səhər yeməyi və liderlər arasında çay süfrəsi arxasında söhbət. Dövlət başçıları ən həssas məsələlərlə bağlı üzbəüz danışacaqlar. Si Cinpin Qələbə günü qeyd etmələrində iştirak etmək üçün mayın 7-də axşam Moskvaya gəlib. Çin liderinin Rusiyaya səfərinin mayın 10-dək davam edəcəyi gözlənilir. Mayın 8-də səhər saat 10 radələrində Rusiya və Çin liderləri arasında rəsmi görüş mərasiminin başladığı məlum olub.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
0
Ajans.az

1Mənbələr