AZ

Latviya – Azərbaycan matçının bilet qiyməti: 7-30 avro

Millimizin Latviya ilə keçirəcəyi yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.

Msport.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyası məlumat paylaşıb.

İyunun 7-də Riqadakı “Skonto” stadionunda təşkil olunacaq qarşılaşmanın biletləri fərqli qiymətdə olacaq. Belə ki, biletlər sektorlara uyğun olaraq 7-30 avro arasında dəyişir. Latviya yığmamızla matçdan sonra iyunun 10-da eyni məkanda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Albaniyanı qəbul edəcək.

Uşaqlar, məktəblilər, tələbələr, təqaüdçülər və əlillər üçün biletlərin qiymətində 30 faiz endirim olacaq. Bu, hər iki qarşılaşmaya şamil edilib.

Qeyd edək ki, millimiz iyunun 10-da Macarıstan yığması ilə yoldaşlıq görüşündə qəbul edəcək.

Seçilən
0
msport.az

1Mənbələr