Bakı. Trend:
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının MərkəziKomitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlətsəfəri mayın 8-də başa çatıb.
Trend xəbər verir ki, hər ikiölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev BeynəlxalqAeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsidüzülmüşdü.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının MərkəziKomitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini hava limanındaAzərbaycan Respublikasının Baş nazirinin birinci müavini YaqubEyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digərrəsmi şəxslər yola salıblar.