BAKI, 8 may. TELEQRAF
Pakistan Silahlı Qüvvələri tərəfindən vurulan Hindistan pilotsuz təyyarələri (PUA) müharibə qənimətləridir, muzeylərdə saxlanılacaq.
Teleqraf xəbər verir ki, bunu Pakistanın informasiya naziri Ataullah Tarar deyib.
“Biz onları uşaqlarımıza göstərəcəyik və Hindistanın təyyarələri uğursuzluğa düçar olanda dronlardan necə istifadə etdiyini söyləyəcəyik”, - nazir bildirib.
Tarar Hindistanın Kəşmirdə nəzarət xəttində ağır itkilər verdiyini də xatırladıb.
“Layiqli cavab aldılar”.
Xatırladaq ki, dünən Hindistan Pakistan ərazisinə hava zərbələri endirib. Zərbələr nəticəsində Pakistanda 31 nəfər mülki şəxs həlak olub. Pakistan cavab olaraq, Hindistan ərazisində hərbi obyektləri hədəfə alıb. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə birqada qərargahı və digər hərbi hədəflə məhv edilib.
Həmçinin Pakistan Silahlı Qüvvələri bu gün Hindistana məxsus 12 ədəd “Harop” tipli PUA-nın zərərsizləşdirildiyini açıqlamışdı.