“Sabah”ın hücumçusu Pavol Şafrankonun durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, Premyer Liqanın ötən turunda “Araz-Naxçıvan”la görüşün 20-ci dəqiqəsində zədələnərək əvəzlənən slovakiyalı forvardın vəziyyəti komanda daxilində sevinclə qarşılanıb.
Çünki 30 yaşlı forvardın zədəsinin ciddi olmadığı müəyyənləşib. Bu da o demədir ki, Şafranko Premyer Liqanın 34-cü turunda “Şamaxı” ilə matçda məşqçilər korpusunun sərəncamında olacaq.
Qeyd edək ki, sabah keçiriləcək “Sabah” – “Şamaxı” oyunu saat 19:00-da başlayacaq.