AZ

Azərbaycana dekorativ balıq satan ölkələr - Kiloqramı 116 manatdan

2025-ci ilin yanvar və fevral aylarında Azərbaycana ümumilikdə 680 kiloqramlıq şirin su dekorativ balıqları idxal olunub.

Valyuta.az xəbər verir ki, bu idxal üçün ölkə büdcəsindən 8,2 min ABŞ dolları təxminən 13 940 manat xərc çəkilib.

Dekorativ balıqlar əsasən Rusiya, İndoneziya, İran İR-sı və Tailanddan gətirilib.

Hesabat dövründə Rusiyadan 30 kiloqram balıq alınıb və bunun üçün 1,41 min ABŞ dolları ödənilib. Beləliklə, bu ölkədən gətirilən bir kiloqram balığın dəyəri 47 dollar və ya 79,9 manat olub.

İndoneziya isə idxalın çəkisinə görə liderlik edir. Bu ölkədən 430 kiloqram dekorativ balıq gətirilib. Müvafiq olaraq, bu idxalın dəyəri 3,39 min dollar təşkil edib. Orta hesabla, hər kiloqram balıq 7,88 dollara və ya 13,39 manata başa gəlib.

İran İslam Respublikasından idxal edilən dekorativ balıqların miqdarı 180 kiloqram olub. Bu səbəbdən 1,35 min dollarlıq xərc yaranıb. Hər kiloqram üçün ödənilən məbləğ 7,5 dollar və ya 12,75 manat təşkil edib.

Tailanddan da Rusiya ilə eyni çəkidə – 30 kiloqram dekorativ balıq gətirilib. Bu ölkədən idxalın ümumi dəyəri 2,05 min dollar olub. Nəticə etibarilə hər kiloqram balığın qiyməti 68,3 dollar, yəni təxminən 116 manat səviyyəsində qeydə alınıb.

Sərvanə Rəmixanova

Seçilən
0
1
valyuta.az

2Mənbələr