Hindistan Pakistanla münaqişəni genişləndirmək niyyətində deyil, lakin İslamabad ona hərbi hücuma keçərsə, sərt cavab verəcək.AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar bildirib."Pakistanla münasibətlərdə vəziyyəti gərginləşdirmək niyyətimiz deyil. Lakin bizə hərbi hücum olarsa, çox və çox sərt cavab veriləcəyinə şübhə olmamalıdır", - deyə o, Hindistan-İran müştərək komissiyasının Yeni Dehlidə iclasının açılışında deyib.Onun sözlərinə görə, aprelin 22-də Hindistan birliyinin Cammu və Kəşmir ərazisindəki Pahalqamda dinc sakinlərə qarşı terror hücumu Hindistanı mayın 7-də transsərhəd terror infrastrukturuna zərbələr endirməklə cavab verməyə məcbur edib. "Bizim cavabımız məqsədyönlü və ölçülüb-biçilmişdir", - deyə Hindistanın xarici işlər naziri vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta