“Baku Steel Company”nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədov müsadirə edilmiş əmlaklarının geri qaytarılmasını istəyir.
Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib.
14 il azadlıqdan məhrum edilib. Bundan əlavə, onun 70 milyonluq əmlakı müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, 13 il 9 aya endirib. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.
Pravda.az yazır ki, Rasim Məmmədov Ali Məhkəməyə müraciət edərək müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını tələb edir.
Musavat.com xatırladır ki, o, daha əvvəl Ali Məhkəməyə müsadirə edilmiş əmlaklarla bağlı şikayət vermişdi.
Məhkəmə onun şikayətini əsaslı hesab etməyərək rədd edib.
Ötən il isə Rasim Məmmədov barəsində olan hökmlə bağlı Ali Məhkəməyə kassasiya şikayəti təqdim etmişdi. Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə Rasim Məmmədovun şikayəti araşdırılmış, təmin olunmamışdı.
Qeyd edək ki, Rasim Məmmədov şikayət ərizəsində barəsində bəraət qərarı çıxarılmasını istəyirdi.//
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta