11 may tarixində keçiriləcək mövsümün 4-cü “El-Klasiko”su üçün hakim təyinatı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, görüşü İspaniyanın tanınmış referilərindən biri olan Alexandro Ernandes idarə edəcək.

Cari mövsümdə “Barselona” ilə “Real Madrid” artıq 3 dəfə qarşılaşıb. Bu oyunlardan biri La Liqa çərçivəsində, digərləri isə İspaniya Superkuboku və Kral Kuboku finalında baş tutub. Maraqlıdır ki, hər üç qarşılaşmada “Barselona” qalib gəlib.

Qeyd edək ki, matç 11 may saat 18:15-də “Barselona”nın meydanında baş tutacaq.