AZ

 I yeri tutan məktəblilər beynəlxalq olimpiadaya vəsiqə qazandılar

Bakı məktəbliləridən ibarət "Dreamers" komandası "Robotex Avroasiya-Azərbaycan 2025" çempionatında I yeri tutaraq Danimarkada keçiriləcək beynəlxalq olimpiadaya vəsiqə qazanıb.

AzEdu.az xəbər verir ki, Bakıdakı Heydər Əliyev adına liseyin şagirdi Elman Rəhimli, 192 nömrəli məktəbin şagirdi Mihrimah Ayla Adsız, 42 nömrəli məktəbin şagirdi Zaur Şirəliyevdən ibarət komanda Junior STARTUP kateqoriyasında maraqlı təqdimatla çıxış edərək ən yüksək nəticə əldə ediblər.

Onu da qeyd edək ki, mentor Günay Adsızın rəhbərliyi ilə komanda "Fibonacci - Azərbaycan" yarışmasında da I yerə layiq görülüb.

Seçilən
0
azedu.az

1Mənbələr