AZ

Polisin yandırdığı narkotikin tüstüsündən zəhərləndilər

Türkiyədə şəhər sakinləri polisin yandırdığı narkotikin tüstüsündən zəhərlənib.

XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Diyarbəkir vilayətinin Lic şəhərinin mərkəzində müsadirə edilmiş 20 tondan çox ümumi dəyəri 10 milyard türk lirəsi olan marixuananın məhv edilməsi üzrə əməliyyat keçirib.

Ən azı beş gün insanlar zəhərlənmədən və onun simptomlarından - başgicəllənmə, ürəkbulanma və hallüsinasiyalardan qorxaraq pəncərələrini aça bilmir, bayıra çıxmamağa çalışırdılar. Bəziləri tüstünün uşaqlarını zəhərlədiyindən şikayətlənir. "Bir neçə gündür əraziyə narkotik qoxusu gəlir. Pəncərələri aça bilmirik. "Uşaqlarımız xəstədir, daim həkimlərə gedirik”, - deyə sakinlər bildirib.

Xəbər 3 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr