AZ

Çin heyvanların dilini süni intellektlə tərcümə edəcək

Süni intellekt heyvanların dilini insan dilinə çevirəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Çinin süni intellekt nəhəngi Baidu heyvan səslərini insan dilinə çevirmək üçün nəzərdə tutulmuş texnologiyaya patent verib. Ərizə dekabr ayında verilib, lakin bildiriş Çin Milli Əqli Mülkiyyət İdarəsi tərəfindən mayın 6-na qədər dərc olunmayıb.

Tərcümə metodu səs, bədən dili, davranış dəyişiklikləri və digər bioloji siqnallar daxil olmaqla, müəyyən bir növdən müxtəlif məlumatların toplanmasına əsaslanır. Sistem məlumatı hədəf dilə çevirməzdən əvvəl emosiyanı müəyyən etmək üçün təhlil edəcək.

Xəbər 5 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr