AZ

“Hər bir işğalçı torpaqlarımızı tərk edəcək” - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski II Dünya Müharibəsində nasist Almaniyasının məğlubiyyətinin 80-ci ildönümü münasibətilə Kiyevdə videomüraciət yayımlayıb.


Manset.az məlumatına görə, o, Ukraynada sülh və əmin-amanlığın bərpası uğrunda mübarizə apardıqlarını bildirib.

Zelenski qeyd edib ki, II Dünya müharibəsində 8 milyondan çox ukraynalı müharibədə həyatını itirib:

"Hazırda isə Rusiya ilə davam edən müharibə eyni ssenarini təkrarlayır. Mübarizəni davam etdiririk, sülh üçün birləşmişik. Ya Rusiya dəyişəcək, ya da dünya. Hər bir işğalçı torpaqlarımızı tərk edəcək” – deyə o vurğulayıb.



Seçilən
0
1
manset.az

2Mənbələr