AZ

Azərbaycan ilə Vyetnam arasında qarşılıqlı maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq qurulub - Deputat

Bakı. Trend:

Bu gün Azərbaycan ilə Vyetnam arasında siyasi və iqtisadiəlaqələr yüksək səviyyədədir və iki ölkə arasında qarşılıqlımaraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq qurulub.

Bunu Trend-ə Milli Məclisindeputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan Respublikası ilə VyetnamSosialist Respublikası arasında diplomatik münasibətlər 23 sentyabr1992-ci ildə qurulub:

“Hər iki ölkə tarixən fərqli coğrafi məkanlarda yerləşsə də,ortaq maraqlara və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqmünasibətləri qurmağa nail olublar. Bu əlaqələr xüsusilə enerji,təhsil, ticarət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqsahələrində inkişaf etdirilir”.

Deputat bildirib ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıqtarixə malik dostluq münasibətləri birləşdirir.

“Belə ki, 1959-cu ildə Vyetnam Demokratik RespublikasınınPrezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİNazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutanAzərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamdasəfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimizarasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.

Azərbaycan müstəqilliyini qazandıqdan sonra iki ölkə arasındamünasibətlər yeni mərhələyə qədəm qoyub. Belə ki, sovet dövründəformalaşan bu əlaqələr müstəqillikdən sonra diplomatik formatdadavam etdirilib. 1992-ci ildə diplomatik münasibətlərin qurulmasıilə əlaqələr rəsmi xarakter aldı və iki ölkə arasındahökumətlərarası səviyyədə əməkdaşlıq mexanizmləri işə düşdü”, - oəlavə edib.

Deputat bildirib ki, dövlət başçılarının qarşılıqlı rəsmisəfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı vəonların gələcək inkişafına təkan verdi:

“2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamadövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist RespublikasınınPrezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmisəfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı vəonların gələcək inkişafına təkan verdi. Bu gün iki ölkə arasndamünasibətlər uğurla inkişaf etdirilir. Azərbaycan və Vyetnamqarşılıqlı olaraq bir-birinin suverenliyinə və ərazi bütövlüyünəhörmət prinsipini əsas tutaraq, beynəlxalq platformalardabir-birini dəstəkləyirlər. Xarici işlər nazirliklərinin xətti iləsiyasi məsləhətləşmələr aparılır. Onlardan sonuncusu bu il aprelinikinci yarısında keçirilib. Hər iki ölkənin parlamentlərindəparlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyətgöstərir.
Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən QoşulmamaHərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.

Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafınaböyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəədövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki,bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımızmövcuddur. Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıqpotensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlaramalikdir”.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr