AZ

Maşında yüksək səslə musiqi dinləyənlərin nəzərinə!

Yaşayış məntəqələri sakitliyin və təhlükəsizliyin təmin olunduğu zonalardır.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.

 

Bildirilib ki, nəqliyyat vasitəsinin yaşayış məntəqəsində idarə edilməsi zamanı mühərrikin dirsəkli valının əsassız şəkildə yüksək dövriyyədə işlədilməsi və ya avtomobildə yüksək səslə musiqi dinlənilməsi cəmiyyətin qəbul etdiyi davranış qaydaları ilə uzlaşmır və ətraf mühitin ahənginə ciddi şəkildə mənfi təsir göstərir:

 

"Unudulmamalıdır ki, bu ərazilər yalnız nəqliyyatın hərəkəti üçün deyil, məhz insanların gündəlik fəaliyyəti və istirahəti üçün nəzərdə tutulmuş məkanlardır. Burada körpələr yatır, yaşlı insanlar dincəlir, ailələr sakitlik axtarır.

 

Səssiz və intizamlı hərəkət - sosial məsuliyyətin təzahürüdür. Hər bir sürücüdən gözlənilən, təkcə yol hərəkəti qaydalarına deyil, həm də ictimai davranış normalarına riayət etməkdir.

 

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha ətraf mühitin səssizliyinə hörmətlə yanaşmağa, ictimai rahatlığı nəzərə almağa çağırır".

Seçilən
0
36
sfera.az

10Mənbələr