Ermənilərin 30 illik "artsax tarixi" ni Azərbaycan Ordusu yerlə yeksan eləsə də, hələ də bunu qəbullanmayan işğalçılar xam xəyallara düşürlər və erməni cinayətkarların “qəhrəman”laşdırır, onları dünyaya işğalçı, terrorçu deyil, "azadlıq döyüşçüsü kimi təqdim edir.
Belə cinayətkarlardan biri də Xocalı qatillərindən biri kimi tanınan və Şuşanın işğalında xüsusi rolu ilə seçilən, 1991-ci ildən Ermənistanın ilk müdafiə naziri olmuş Vazgen Sarkisyandır.
Adalet.az xəbər verir ki, qatı cinayətkar haqqında “Vazgen.” “Sonuncu general” filmi buna misaldır. Film ermənilərin sözü ilə desək, "8 may qələbə günü" ilə əlaqədar olaraq respublikanın bir çox kinoteatrlarında nümayiş olunub.
Martın 5-də böyük ekranlara çıxan "Vazgen. "Sonuncu general” filminin ideya müəllifi və baş prodüseri, Vazgen Sarkisyanın qardaşı oğlunun qızı Nono Sarkisyan filmin yaranma tarixindən və keçdiyi çətin yoldan danışıb. Deyib ki, "Vazgen. "Sonuncu general” filmi Genetic Production tərəfindən çəkilib. Ssenari müəllifləri Levon Qalstyan və Aram Karapetyan, Karapetyan həm də quruluşçu rejissor, musiqi müəllifi Armen Martirosyan, quruluşçu rəssamı Armen Qazaryandır.
Əntiqə Rəşid