AZ

"Dərələyəzim" yenidən İstanbulda

İstanbul, 8 may, Günel Karatepe, AZƏRTAC

İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan 28-ci Avrasiya İqtisadi Zirvəsi davam edir.

AZƏRTAC xəbər verir ki, bu il “Yaşanabilən bir dünya üçün dialoq” mövzusunda təşkil edilən tədbirdə 50-yə yaxın ölkədən 300-dən çox siyasətçi, diplomat, akademik, dini lider və iş adamı iştirak edir. Zirvəyə dəvət olunanlar arasında “Azərbaycanın Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi də var.

Tədbirdə birliyin təmsilçiləri tərəfindən Qərbi Azərbaycanın zamanla yer üzərindən silinmiş tarixi-memarlıq abidələrinin və digər mədəni irs elementlərini tərənnüm edən dekorativ tətbiqi sənət nümunələri sərgilənir.

Sərgini ziyarət edən dünyanın məşhur simaları Azərbaycanın zəngin mədəni irsinə yüksək diqqət və hörmət göstərərək əsərlərin müəllifləri olan Sərdarlı ailəsinə xoş sözlər ifadə ediblər.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvləri Lalə, Toğrul və İsgəndər Sərdarlıların "Dərələyəzim", "Turan Yolu Zəngəzurum", "İpək Yolu" kolleksiyalarına aid əsərlər nümayiş etdirilir.

Qeyd edək ki, zirvə toplantısında təqdim edilən yüksək mükafatların hazırlanmasında da Sərdarlı ailəsi, eləcə də “Azərbaycanın Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi də yaxından iştirak ediblər. Yüksək mükafatlara Türkiyənin çox nüfuzlu Qeyri Hökumət Təşkilatının adı ilə yanaşı, Azərbaycan QHT-lərinin də adı həkk olunun.

 

 

Seçilən
0
azertag.az

1Mənbələr