"Qalatasaray" klubunun argentinalı ulduzu Mauro İkardi boşandıqdan 48 gün sonra nişanlanıb.
BAKU.WS xəbər verir ki, futbolçu martın 21-də Milandakı məhkəmədə həyat yoldaşı Vanda Nara ilə yollarını tamamilə ayırıb.
Uzun müddətdir Mayamidə olan İkardi sevgilisi China Suarezlə sosial şəbəkədə yeni paylaşım edib.
O "Səni sevirəm Suarez" sözlərini yazaraq bunu ürək və üzük işarəsi ilə sonlandırıb. Bu da onların nişanlanması xəbərlərinin sürətlə yayılmasına səbəb olub.