Bildiyiniz kimi, “TələbəPlus” kartlarıyla tələbələr müəyyən güzəştlərdən yararlana bilirlər. Bu güzəştlər təhsil, kafe-restoran geyim-aksesuar, elektrotexnika, əyləncə, ofis avadanlığı və s. kateqoriyalarına aiddir. Qeyd olunan kateqoriyalara sağlamlıq, gözəllik kateqiyaları da daxildir.
Belə ki, sağlamlıq dedikdə tələbələrin bəzi klinika və tibb mərkəzlərində güzəştlər əldə etməsi nəzərdə tutulur. Bir çox tələbə düşünür ki, vahid tələbə kartıyla aptek və optikalarda da endirimlər olsa, çox yaxşı olar.
Bəs bu addım həyata keçirilə bilər?
Tələbələr apteklərdə də müəyyən güzəştlərlə yararlana bilərlərmi?
Bizim.Media mövzuyla bağlı “TələbəPlus” layihəsini həyata keçirən Təhsilin İnkişafı Fonduna sorğu ünvanlayıb. Fondun layihələrin idarə olunması şöbəsindən Bizim.Media-ya bildirilib ki, apteklərlə tərəfdaşlıq hələki yoxdur. Ancaq bununla bağlı addımlar atılır.
“Təəsüf ki, hələki apteklərlə əməkdaşlığımız yoxdur. Bir neçə şirkətə sorğular göndərilib, amma hələki danışıq mərhələsindədir. Optikalardan isə “Blue” optikada tələbələrə endirimlər olunur. Həmçinin, “Referans” Klinikasındakı xidmətlərdən isə 350-dən çox tələbə yararlanıb”.
Fonddan layihəylə bağlı növbəti yeniliklərdən də söz açılıb:
“MC Donalds” da “TələbəPlus” layihəsinə qoşulacaq. Tələbələrə müəyyən qədər endirim verəcək. “Simit Sarayı”, “LC Waikiki”, “Koton”, “KFC” şirkətləriylə də əməkdaşlığa yeni başlanılıb”.
Açıqlamada bildirilib ki, Fond Gənclər və İdman Nazirliyi ilə də birgə müqavilə imzalayır.
“Nazirliyin tabeliyindəki Bakı və regionlardakı bütün idman komplekslərində tələbələrə müəyyən güzəştlər təqdim ediləcək. Tələbələr sosial şəbəkələrimizi izləsələr, yeni tərəfdaşlardan xəbərdar olacaqlar”.
Nəzrin Mirzəyeva, Bizim.Media