AZ

Mahirlə bağlı qərar “Nürnberq” azarkeşlərinin narazılığına səbəb olub

“Nürnberq”in Mahir Emreli ilə bağlı qərarı yerli azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

Msport.az xəbər verir ki, Almaniya klubunun millimizin hücumçusu ilə müqaviləni yeniləməməsi fanatların narazılığına səbəb olub.

Tərəfdarlar klubun sosial şəbəkələrdə 27 yaşlı forvardla bağlı paylaşımının altında öz etirazlarını kəskin şəkildə bildiriblər.

Azarkeşlərin böyük əksəriyyəti hesab edir ki, Emreli təcrübəsinə və potensialına görə komandada qalmalı idi. Fanatların fikrincə, hücumçu 2-ci Bundesliqa təmsiçisinə yeni mövsümdə daha çox xeyir verə bilərdi.

Qeyd edək ki, Mahir Emreli ötən ilin avqust ayından “Nürnberq”də çıxış edir.

Seçilən
0
msport.az

1Mənbələr