AZ

Hindistan PUA-larla Pakistanı hədəf aldı - ölən və yaralananlar var

Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın pilotsuz uçuş aparatları (PUA) ilə Pakistanın bir neçə bölgəsinə hücum etdiyini bildirib.


Manset.az-ın əldə etdiyi məlumata görə, Çaudri Lahor yaxınlığında Hindistanın hərbi hədəfi vurduğunu qeyd edib.

O həmçinin hücum nəticəsində bir mülki şəxsin öldüyünü və 4 pakistanlı əsgərin yaralandığını açıqlayıb.

Pakistan ordusu isə 12 Hindistan PUA-sını zərərsizləşdirib.

Çaudri Hindistanın bu hücumları davam etdirdiyini və qarşılığının ağır şəkildə ödəniləcəyini vurğulayıb. 


Seçilən
0
manset.az

1Mənbələr