AZ

MiQ-35-dən ilk dəfə olaraq Ukrayna PUA-nı məhv etmək üçün istifadə edilib

Rusiya xüsusi əməliyyat başlayandan bəri ilk dəfə olaraq Ukrayna pilotsuz təyyarələrinin qarşısını almaq üçün “4++” nəsil MiQ-35 qırıcılarından istifadə edib. Bu tipli bir neçə təyyarə Moskva vilayətinə yerləşdirilib və son bir neçə gün ərzində paytaxtın hərbi dairəsinin hava məkanında patrul xidməti həyata keçirib.

Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.

Qeyd edilib ki, onların köməyi ilə artıq bir neçə PUA vurulub: “Bundan əvvəl MiQ-29 və MiQ-35 təyyarələri döyüş əməliyyatlarında fəal iştirak etmirdi”.

MiQ-35 beşinci nəslin tələblərinə mümkün qədər yaxın xüsusiyyətlərə malik olan “4++” nəsil çoxfunksiyalı yüngül qırıcıdır. O, günün istənilən vaxtında və hava şəraitində hava, quru və dəniz hədəflərini effektiv şəkildə məhv etmək üçün nəzərdə tutulub. Geniş çeşidli silahlar, o cümlədən “hava-hava” və “hava-yer” raketləri onun döyüş imkanlarını xeyli genişləndirir. 2019-cu ildə uğurlu dövlət sınaqlarından sonra MiQ-35 Rusiya Aerokosmik Qüvvələri tərəfindən silahlanmaya qəbul edilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr