Pakistanda mülki əhaliyə qarşı hücumu və 2 məscidin dağıdılmasına görə dünya tərəfindən Hindistanın sərt şəkildə qınandığı bir vaxtda, İranın xarici işlər naziri Abbas Əraqçı Ayətullah Xameneyinin tapşırığı ilə Hindistana səfər edib. Bu barədə Günaz Tv xəbər verir.
Rəsmi məlumata görə, İran nümayəndə heyəti Hindistanın yüksək vəzifəli rəsmiləri ilə məsləhətləşmələr aparacaq və Abbas Araqçı və hindistanlı həmkarı Subramanyam Cayşankarın sədrliyi ilə İran-Hindistan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyası iclası keçirəcəklər.
Həmçinin səfər çərçivəsində iki ölkə arasında iqtisadi razılaşmaların icra vəziyyətinin son durumu da müzakirə olunacaq.
Oxuməni.az