AZ

Ermənistan ordu və polisdə xidmət üçün yaş həddini ləğv edir

Ermənistan ordusu və polisi xidmətə qəbul üçün 35 yaş həddini ləğv etmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, bu məsələ hökumətin iclasında müzakirə edilib:

“Polis orqanlarında xidmət haqqında” Qanuna dəyişiklik layihəsi təsdiq edilib, ona əsasən hüquq-mühafizə orqanlarında məhdudiyyətlər aradan qaldırılacaq”.

Ermənistan daxili işlər naziri Arpin Sərkisyan bələdiyyə polisində hələ də təxminən 700 nəfərin çatışmadığını deyib:

“Bununla əlaqədar nazirlik bütün maraqlı şəxslərdən (polis xidmətində təcrübəsi olan və ya olmayan) ərizə qəbulu elan edilməsini təklif edir. Ərizəçi xidmət standartlarına cavab verirsə, ondan polis akademiyasında hazırlıq kursu keçməsi tələb olunacaq”.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə müqavilə ilə hərbçilərin orduya qəbuluna qoyulan məhdudiyyətin aradan qaldırılmasını təklif edib:

“Mayor 40 yaşında xidmət edə bilərsə, niyə müqavilə ilə sıravi əsgər ola bilməz? İlk növbədə, bir insanın yaşı və hətta boyu deyil, funksional uyğunluğunu qiymətləndirmək lazımdır”.

Seçilən
0
2
axar.az

3Mənbələr