AZ

Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bakının Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası təşkil edilib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində Nərimanov rayonu ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 102 dekorativ ağac əkilib.

Aksiya zamanı ombudsman jurnalistlərə açıqlamasında bütün ictimaiyyəti yaşıllıqların mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən işlərdə fəal şəkildə iştiraka dəvət edib.

Seçilən
0
azertag.az

1Mənbələr