Bank of Baku-da daha bir təyinat olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, Ruhana Əhmədova bankın Təhlil və Hesabat bölməsinin rəhbəri təyin edilib.
Həmçinin bax: Günel Abduraxmanova bankın rəqəmsal marketinq şöbəsinin rəhbəri təyin edilib
Ruhana Əhmədova bankda fəaliyyətinə 2017-ci ildə başlayıb.
Qeyd edək ki, o, Bakı Dövlət Universitetində bakalavr təhsili alıb. Daha sonra isə Azərbaycan Universitetində magistr dərəcəsi alıb.