AZ

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Bakı, 8 may, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2025/2026-cı tədris ili üçün magistraturaya qəbul elan edir.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları, imtahan tarixləri və s. məlumatlarla elanın tam mətnində (Azərbaycan dilində, rus dilində) tanış olmaq mümkündür.

MDU-nun Bakı filialının magistratura səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu mayın 12-dən iyunun 13-dək (saat 16:00-dək) elektron qaydada aparılacaq.

Ərizə MDU-nun Bakı filialının msu.az saytında və yaxud Mərkəzin dim.gov.az saytında verilən keçid vasitəsilə doldurula bilər.

Daha ətraflı məlumat əldə etmək üçün [email protected] poçt ünvanına yazmaq və ya göstərilən telefon nömrələrinə zəng etmək olar.

Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob.)

 

Seçilən
0
2
azertag.az

3Mənbələr