AZ

Azərbaycan İkinci Dünya Müharibəsində qazanılan qələbəyə böyük töhvə verib - Tacikistanlı səfir

Bakı. Trend:

Azərbaycan İkinci Dünya Müharibəsində qazanılan qələbəyə böyüktöhvə verib.

Trend xəbər verirki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmonjurnalistlərə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrininsəfirlərinin Bakıda Qələbə Günü münasibətilə Hərbi Şöhrət Memorialıönünə əklil qoyma mərasimindən sonra jurnalistlərə verdiyiaçıqlamada bildirib.

“Sabah, 9 may tarixində biz mühüm bir günü – Böyük Qələbənin 80illiyini qeyd edəcəyik. Atalarımız, babalarımız, təəssüf ki, indiçox az qalmış müharibə veteranlarımız bu qələbənin əldə olunmasınaböyük töhfə veriblər. Mən bütün veteranlara və qəhrəmanlara,onların bir çoxu artıq aramızda olmasa belə, səmimi təşəkkürümübildirirəm. Onların qəhrəmanlığı qarşısında baş əyirəm vəminnətdarlığımı bildirirəm ki, onlar Vətəni gələcək nəsillər,sabahımız üçün müdafiə edə bildilər”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, Böyük Qələbənin xatirəsi bütün MDBölkələrində – Azərbaycanda, Tacikistanda, Qazaxıstanda,Özbəkistanda, Qırğızıstanda, Türkmənistanda, Rusiyada və digərölkələrdə dərin ehtiramla yad olunur və hər il minnətdarlıqla qeydedilir.

“Bu qələbə bir çox xalqların, o cümlədən Qafqaz və Orta Asiyaxalqlarının iştirakı ilə əldə olunub. Azərbaycan bu Qələbəninqazanılmasına nəhəng töhfə verib. Tacikistan da qardaş xalqlarlabərabər bu qələbəyə əhəmiyyətli töhfə verib. 1941-ci ildəTacikistanın əhalisi cəmi 1,5 milyon nəfər idi, amma 300 min nəfərcəbhəyə göndərildi. Onlardan təxminən 100 mini döyüş meydanlarındahəlak oldu,” – deyə o əlavə edib.

İ.Abdurahmon eyni zamanda, Azərbaycanda hökumətin və xalqınİkinci Dünya müharibəsi veteranlarına böyük diqqət göstərdiyinivurğulayıb.

“Azərbaycanda öz qəhrəmanlarını yüksək qiymətləndirirlər. Bizbunu görürük. Burada hər il həmin müharibədə döyüşmüş və qələbəqazanmış Azərbaycan əsgərlərinin şərəfinə bayram tədbirlərikeçirilir. Dövlətin veteranlarına belə qayğı göstərməsi çoxdəyərlidir. Tacikistan da Azərbaycan kimi müharibə iştirakçılarınadəstək göstərir,” – deyə diplomat qeyd edib

Seçilən
0
az.trend.az

1Mənbələr