BAKI, 8 may. TELEQRAF
Ermənistan parlamentinin sədri Alen Simonyan sabiq prezident Robert Köçəryanın reytinqinin yüksəlməsi ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib.
Teleqraf xəbər verir ki, o, keçmiş prezidentin ən güclü vaxtında belə Baş nazir Nikol Paşinyan və komandasını məğlub edə bilmədiyini deyib.
“Robert Köçəryanın reputasiyası və ya reytinqindən danışarkən həmişə yadda saxlamaq lazımdır ki, o, mütləq gücə malik olanda belə, siyasi arenada yeni rəqibləri (Paşinyan və komandasını) məğlub edə bilməyib”, - Simonyan qeyd edib.