Ajans.az xəbər verir ki, o, bu barədə Belarusun paytaxtında Beynəlxalq Sərgi Mərkəzinin açılış mərasimində danışıb. “Sizə söz verdiyim kimi: əslində hakimiyyətə yeni nəsil gətirilib. Mən hakimiyyətdə bir az gecikmişəm, amma səbr edin, çünki təcrübəli insanlar olmalıdır”, - dövlət başçısı xahiş edib. Lukaşenko həmvətənlərini öz vəzifələrini peşəkarcasına yerinə yetirməyə çağırıb. Belarus lideri daha əvvəl qeyd etmişdi ki, o, hakimiyyəti ötürmək üçün varis axtarmır. Bundan əvvəl Lukaşenko demişdi ki, Belarus demokratik prosesləri həyata keçirməkdə Qərb ölkələrindən üstündür. “Mən artıq hamısını görmüşəm. Onların bütün demokratiyasını. Onların demokratiyası o qədər dərindən gizlədilib ki, bəzən biz bunu hiss etmirdik”, - deyə, bildirib.