AZ

Hacıqabulda dəhşətli sel: Əhali evakuasiya olunacaqmı? - Bələdiyyə sədri açıqladı

BAKI, 8 may. TELEQRAF

“Sel nəticəsində kəndimizdə həyətlərə ciddi ziyan dəyib, fəsadlar çoxdur”.

Bunu Teleqraf-a açıqlamasında Udullu bələdiyyəsinin sədri Elşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, həyətlərə ciddi ziyan dəyib, heyvanları su aparıb.

"Hazırda icra nümayəndəsi ilə həyətləri gəzirik. Müxtəlif yerlərə ziyan dəyib, heyvanları su aparıb. Nar bağları, ağaclar əyilib, sel ağacları məhv edib, həyətləri su basıb, fəsadlar həddən artıq çoxdur. İndi Birinci Paşalı kəndindəyik, burada bir neçə evə baş çəkdik. Bəzi evlərə su olub, təxmini hesabımıza görə 50-60 evə ciddi ziyan dəyib. Sel nəticəsində gələn daşlar yolu bağlayıb. Həmçinin heyvanları, toyuq, cücəni sel aparıb".

O qeyd edib ki, yağan yağışlar cəmi bir gün, 5-6 saat çəkib, buna baxmayaraq fəsadları hələ də davam edir: “Keçən il də buna bənzər hal oldu, ancaq bu ilki daha çox ziyan verdi. Hazırda hər kəs öz evindədir. Evakuasiyaya ehtiyac yoxdur. Əsas ziyan həyətlərə dəyib, evlərə dəyən ziyanı rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları aradan qaldırırlar. Rayon İcra Hakimiyyətinin başçısı da burada idi”.

Bələdiyyə sədri dəyən ziyanla bağlı sakinlərə hansı köməklik göstəriləcəyi sualını da cavablandırıb: “İndi icra nümayəndəsi ilə evləri gəzib qeydiyyat aparırıq. İmkan daxilində köməklik göstəriləcək”.

Hacıqabul rayon İcra hakimiyyətindən isə bildirildi ki, hazırda qurumun nümayəndləri hadisə yerindədirlər.

Seçilən
0
teleqraf.com

1Mənbələr