AZ

Pakistanın baş naziri Hindistan təyyarələrinin vurulmasının yeni təfərrüatlarını açıqlayıb

Pakistan Hərbi Hava Qüvvələri Hindistan təyyarələrinə öldürücü zərbələr endirib. Bu, bir saat davam edən hava döyüşü zamanı baş verib.

Herbiand.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın baş naziri Şahbaz Şərif xalqa müraciəti zamanı bildirib.

“Düşmənin diz çökməsi üçün cəmi bir neçə saat lazım oldu”, - baş nazir deyib.

Bundan əvvəl, Pakistan Hindistanın mayın 6-da ölkəyə endirdiyi zərbələrə cavab olaraq bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus 5 təyyarənin vurulduğunu bildirmişdi. Xüsusilə də Fransa istehsalı olan üç Rafale qırıcısının məhv edildiyi iddia edilir. Hindistanda bu məsələ ilə bağlı heç bir şərh verilməyib.

Bundan əlavə, Pakistan tərəfinin verdiyi məlumata görə, Hindistandan atılan atəş nəticəsində 31 nəfər ölüb.

Şərif bildirib ki, bu şəhidlərin qanının intiqamı alınacaq: “Pakistan regionda terrordan ən çox əziyyət çəkən dövlətlərdən biridir. Bu illər ərzində on minlərlə insan həlak olub, ölkə terrorla mübarizədə maliyyə itkilərinə də məruz qalıb”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr