Finss.az - “Xalq Həyat” ASC-nin İdarə Heyətinin üzvü Aynurə Quliyeva Toğrul qızı vəzifəsindən ayrılıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir. Onun yerinə təyinat olmayıb.
Bununla belə, o hazırda sığorta şirkətinin baş mühasibi vəzifəsində fəaliyyətini davam etdirir. A.Quliyeva 2022-ci ildən İdarə Heyətinə üzv seçilmişdi. Qeyd edək ki, həyat sığortası şirkətinin hazırda İdarə Heyətinə sədrlik Orxan Əfəndiyev Oqtay oğlu, müavin isə İsmayıl Əliyev Eldaroviçdir.
“Xalq Həyat” ASC 2018-ci ildə yaradılıb və 15 mln. manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “Xalq Sığorta” ASC-yə məxsusdur.