Astana, 8 may, AZƏRTAC
Qazaxıstan paytaxtı mayın 16-18-də “Sarıarka” velosiped trekində keçiriləcək “Silk Way Series - Astana 2025” beynəlxalq velosiped turnirinə ev sahibliyi etməyə hazırlaşır.
AZƏRTAC Qazaxıstan Milli Olimpiya Komitəsinə istinadla xəbər verir ki, yarışda bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan idmançılar iştirak edəcəklər.
Qazaxıstan, Belarus, Cənubi Koreya, Özbəkistan, Yunanıstan, Rusiya, Latviya və Litva təmsilçiləri də turnirdə medallar uğrunda mübarizə aparacaqlar.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana