AZ

Dünyanın ən gizli səsverməsi: Yeni papa bu gün seçilə bilər

BAKI, 8 may. TELEQRAF

Katolik kardinallar yeni Roma papasını seçmək üçün ikinci dəfə səsvermə üçün Sikstin kapellasına (Vatikan) gəliblər.

Teleqraf xəbər verir ki, 133 kardinal gecəni Vatikanda keçirdikdən sonra bu gün yenidən səsvermənin olacağı gözlənilir.

Dünən axşam Sikstin kapellasının bacasından qara tüstü çıxması konklavın ilk səsverməsində papanın seçilmədiyini göstərir.

Kardinallar 1,4 milyard üzvü olan katolik kilsəsinin yeni liderini seçmək üçün əsrlər boyu davam edən ritualla bağlı məxfiliyə and içiblər. Bu, dünyanın ən gizli səsverməsi hesab olunur.

Namizədin papa olması üçün kardinalın üçdə ikisinin dəstəyi, yəni 89 səs lazımdır.

Xatırladaq ki, son Roma Papası Fransisk ötən ay 88 yaşında vəfat edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr