AZ

Bakıda məşhur ictimai-iaşə obyektləri cərimələnib

Bakı. Trend:

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və ƏtrafMühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindənson bir həftə ərzində keçirilən monitorinqlər zamanı “Ağ Saray”,“Baku Palace”, “Verona”, “Sevgi Hall”, “Lüks Plaza” şadlıqsarayları və “Əlincə”, “Mor-Mor”, “Qaymaq”, “Ocaq” restoranlarınınhavaya normadan artıq tullantı atdığı müəyyən edilib.

Trend xəbərverir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuatkatibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsulşəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manatməbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlərgörülür.

Məqalədə:
Seçilən
0
26
az.trend.az

10Mənbələr