2025-ci il mayın 8 və 9-da Berlində Treptower Park və ətraf ərazilərdə sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidədə SSRİ bayraqlarının nümayişi qadağan edilib.
Herbiand.az bildirir ki, bu barədə DW xəbər verib.
Müvafiq qərarı Berlin inzibati məhkəməsi qəbul edib.
Qeyd olunur ki, mayın 2-də şəhər polisi bir sıra memorialların ərazisində Rusiyaya aid lövhə və bayraqların nümayişini də qadağan edib. Lakin ictimai birliklərdən biri iddianın “sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması” olduğunu əsas gətirərək məhkəməyə müraciət edib.
Məhkəmə vəsatəti rədd edib. Onlar əlavə ediblər ki, polisin qadağası mövcud qanunlara zidd deyil və müəyyən simvollara qoyulan qadağa haqlıdır.
“Ukraynaya qarşı davam edən aqressiv müharibəni nəzərə alsaq, digərləri ilə yanaşı, sovet bayraqları zorakılığa hazırlığı ifadə edən məna kəsb edə bilərdi. Hazırkı kontekstdə SSRİ bayraqları istənilən halda müharibənin aparılmasına rəğbət ifadəsi kimi qəbul edilə bilər. Eyni zamanda, yaranan “zəfər yürüşü təəssüratı” qurbanların ləyaqətini alçaldır və ictimai asayişi təhdid edir, sənəddə deyilir”, - DW yazır.
Bəxtiyar CƏFƏRLİ