AZ

THY Pakistana uçuşları mayın 9-dək ləğv edib

Türk Hava Yolları bölgədəki vəziyyətlə əlaqədar mayın 8-i və 9-da Pakistana və Pakistandan uçuşlar həyata keçirməyəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkətin açıqlamasında bildirilir.
Bildirilir ki, Asiyadakı siyasi qeyri-sabitlik səbəbindən mayın 8-i cümə axşamı və 9 may cümə günü İslamabad və Lahora uçuşlarımız ləğv edilib. Nəticədə İstanbul, İslamabad və Lahor arasında hər iki istiqamətdə altı reys yerinə yetirilməyəcək.

Şirkətdən bildirilib ki, bu istiqamətlər üçün mayın 7-dək alınan biletlər əlavə ödəniş etmədən geri qaytarıla və ya başqa tarixlərə keçirilə bilər.

Seçilən
0
5
ucnoqta.az

6Mənbələr