AZ

Mahir Emreli üçün daha iki variant - Rusiya və ABŞ klubları onu istəyir

Mövsüm başa çatdıqdan sonra “Nürnberq”də qalmayacağı dəqiqəşən Mahir Emrelinin karyerasını hansı klubda davam etdirəcəyi hələ ki bəlli deyil.

Sportal.az saytına verilən məlumata görə, Azərbaycan millisinin üzvünə bir çox klubdan təklif var. Müxtəlif ölkə klublarından rəsmi dəvət alan Emreli özü üçün ən cəlbedici təklifi dəyərləndirəcək.

Onu heyətinə qatmaq istəyən klublardan biri Rusiyanın “Dinamo”(Moskva) klubudur. Premyer Liqada hazırda 5-ci pillədə yer alan “dinamoçular” Emrelinin keçidini bu yay reallaşdırmaq niyyətindədir.

Mahirin xidmətində maraqlı olan digər klublar ABŞ-ı təmsil edir. MLS-də çıxış edən 2 klub Mahir üçün mübarizə aparır. Onun hansı seçim edəcəyi isə mövsüm başa çatdıqdan sonra dəqiqləşəcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu mövsümün əvvəlində “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı.

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr