AZ

İtaliya alimləri pasiyentin nəfəsindən xroniki böyrək xəstəliyini aşkarlayan sensor hazırlayıblar

Bakı, 8 may, AZƏRTAC

İtaliyalı fiziklər və həkimlər polimerlər və çevik elektronika əsasında xəstələrin nəfəsində çox kiçik miqdarda azot birləşmələrinin olması ilə xroniki böyrək xəstəliklərini aşkarlaya bilən ucuz sensor hazırlayıblar. AZƏRTAC “ACS Sensors” elmi jurnalında dərc olunan məqaləyə istinadla xəbər verir ki, bu sensor tibbi maskalara və respiratorlara daxil edilə bilər.

Tədqiqatçılar qeyd ediblər: “Bizim sensor xroniki böyrək xəstəliyinin inkişafı hallarının 93 faizini, həmçinin 86 faiz hallarda onun yoxluğunun izlərini düzgün tanımağa qadirdir. Bu texnologiya nəinki xroniki böyrək xəstəliyini aşkarlamağa imkan verəcək, həm də həkimlərə xəstələrin vəziyyətindəki dəyişiklikləri izləmək və xəstəliyin inkişafının xarakterini müəyyən etmək üçün yeni imkanlar verəcək”.

Tor Verqata Universitetinin (İtaliya) professoru Korrado di Natalenin rəhbərlik etdiyi italiyalı tədqiqatçılar qrupu tərəfindən xroniki böyrək xəstəliklərinin aşkarlanması üçün yeni üsul işlənib hazırlanıb. O, öz işində böyrəyin qanı süzmək qabiliyyətinin pisləşməsinin ekshalasiya olunmuş havada ammonyak, digər azot birləşmələri, həmçinin ketonların, aldehidlərin və sulfidlərin konsentrasiyasının artması ilə müşayiət olunmasına əsaslanır.

Professor Di Natale və onun həmkarlarının qeyd etdiyi kimi, ekshalasiya edilmiş nəfəsin kimyəvi tərkibindəki bu cür dəyişikliklər çox kiçikdir və milyardda bir neçə hissədir. Bu, keçmişdə kütləvi spektroqraflar və digər yüksək həssas elmi alətlərlə təchiz olunmuş laboratoriyalardan kənarda onları aşkar etməyi qeyri-mümkün edirdi. İtalyan alimləri kəşf ediblər ki, tədqiqatçıların porfirin sinfindən dörd üzvi molekulun hissəciklərini əlavə etdikləri PEDOT/PSS polimerindən yaratdıqları sensor vasitəsilə belə sürüşmələri aşkar etmək olar.

Onların PEDOT/PSS-ə əlavə edilməsi bu keçirici polimerin ammonyak və digər azot tərkibli maddələrlə təmasda olduqda onun müqavimətinin kəskin şəkildə dəyişməsi ilə nəticələnir. Bu dəyişiklikləri qiymətləndirmək üçün alimlər həmin materialdan hazırlanmış sensoru qoruyucu üz maskalarına yerləşdiriblər və onlarla sağlam könüllü və eyni sayda xroniki böyrək xəstəliyi olan pasiyent tərəfindən buraxılan havanın tərkibini təhlil ediblər.

Fiziklər tərəfindən aparılan ölçmələr göstərib ki, onların yaratdığı sensor xroniki böyrək xəstəliyinin inkişafı hallarının 93 faizindən çoxunu aşkarlamaq, həmçinin sağlam xəstələrin 86 faizində onun olmamasını düzgün diaqnoz etmək üçün kifayət qədər həssasdır. Uzunmüddətli perspektivdə bu, həmin xəstəliyin diaqnozunu əhəmiyyətli dərəcədə asanlaşdıracaq və həkimlərə fərdi xəstələrdə onun inkişafını izləmək imkanı verəcəkdir.

 

 

Seçilən
0
azertag.az

1Mənbələr