AZ

Ölkədə talassemiya diaqnozu ilə doğulan uşaqların sayı açıqlanıb

2024-cü ildə Azərbaycanda talassemiya diaqnozu ilə 31 körpə doğulub. Bunu Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova  bildirib.

Keçən il Azərbaycanda 4 mindən çox talassemiyalı xəstəsi olub.

Talasemiya  dünyada ən çox yayılan irsi qan xəstəliklərindən biridir. Dünya Səhiyyə Təşkilatının (DST/WHO) və müxtəlif tədqiqatların məlumatlarına əsasən, Dünyada təxminən 300 milyon insan talasemiyanın daşıyıcısıdır.

Təxminən 1,5 milyon insan isə talasemiyanın ağır forması ilə yaşayır.

Talasemiya xüsusilə Aralıq dənizi ölkələri, Yaxın Şərq, Hindistan, Pakistan, Cənub-Şərqi Asiya və Afrika bölgələrində daha geniş yayılıb.

Hər il l mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.

Seçilən
0
1
anews.az

2Mənbələr