Bakı. Trend:
Fransa polisi Parisin mərkəzində kütləvi iğtişaşlar törədən 43PSJ klubu azarkeşini saxlayıb.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, PJS klubu bu gecə Çempionlar Liqasınınyarımfinalında Londonun “Arsenal” klubu üzərində 2:1 hesablı qələbəqazanaraq, adını finala yazdırıb.
Oyundan əvvəl rəqib azarkeşlər arasında gərginliyin yaranabiləcəyi ehtimalı ilə gücləndirilmiş təhlükəsizlik tədbirlərihəyata keçirilib. Matçda final fitindən sonra bir qrup fanat yolubağlamağa çalışsa da, asayış keşikçiləri izdihamı ərazidənuzaqlaşdırmağa nail olub.
Bir müddətdən sonra çılğın futbol azarkeşləri polisi daş atəşinətutmağa başlayıb, onların üzərinə pirotexnik vasitələr atıb.İğtişaşı yatırmaq məqsədilə asayış keşikçiləri gözyaşardıcı qaztətbiq etməli olub.
Fanatların bir neçə maşına ziyan vurduğu, mağazalarınvitrinlərini dağıtdığı bildirilir.