AZ

Azərbaycanın Türkiyəyə neft ixracı 79% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Türkiyə bu ilin yanvar-mart aylarında Azərbaycandan 11 milyon 979 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 49 milyon 811 min dollar və ya 80,6% azdır.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Türkiyənin idxal etdiyi neftin həcmi 24 min 20 ton olub. Bu isə illik müqayisədə 90 min ton və ya 78,9% azdır. 

Qeyd edək ki, bu ilin ilk rübündə İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Almaniya olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
0
banco.az

1Mənbələr