Türk Hava Yolları bölgədəki vəziyyətlə əlaqədar mayın 8-i və 9-da Pakistana və Pakistandan uçuşlar həyata keçirməyəcək.
Herbiand.az xəbər verir ki, bu barədə aviaşirkətin açıqlamasında bildirilir:
“Asiyadakı siyasi qeyri-sabitlik səbəbindən mayın 8-i cümə axşamı və 9 may cümə günü İslamabad və Lahora uçuşlarımız ləğv edilib”.
Bu o deməkdir ki, İstanbul, İslamabad və Lahor arasında hər iki istiqamətdə altı reys həyata keçirilməyəcək.
Şirkətdən bildirilib ki, bu istiqamətlər üçün mayın 7-dən əvvəl alınmış biletlər əlavə ödəniş etmədən geri qaytarıla və ya başqa tarixlərə dəyişdirilə bilər.