Bakıda faciəli hadisə baş verib.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Nuru Abdulla qızı Həsənova yaşadığı evin həyətindəki su hovuzuna boğularaq ölüb.
Onun meyitini ailə üzvləri tapıb.
Faktla bağlı araşdırma aparılır.